Əsas Səhifə > Slayd, Cəmiyyət > - Prezident təsdiqlədi
- Prezident təsdiqlədi8-11-2015, 13:18 |
Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib. Qanuna edilmiş dəyişikliklər dekabrın 1-dən qüvvəyə minəcək. Məcəllədə aşağıdakı dəyişikliklər edilib: 1.1. 263-1.2-ci maddəyə “ağır zərər vurulmasına” sözlərindən sonra“, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına” sözləri əlavə edilsin. 1.2. 265.1-ci maddənin sanksiyasında “yüz” sözü “beş yüz” sözləri ilə əvəz edilsin. 1.3. Aşağıdakı məzmunda 265-1-ci maddə əlavə edilsin: 265-1.1. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin belə nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılması, yaxud ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - 265-1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - 265-1.3. Bu Məcəllənin 265-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” (Azərtaym.az) Geri qayıt |