Əsas Səhifə > Slayd > DTX NAXÇIVAN GÖMRÜK KOMİTƏSİNDƏ ƏMƏLİYYAT KEÇİRİR

DTX NAXÇIVAN GÖMRÜK KOMİTƏSİNDƏ ƏMƏLİYYAT KEÇİRİR


23-11-2022, 16:11

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikası (MR) Gömrük Komitəsində araşdırmalara başlayıblar. “Azpolitika.info” xəbər verir ki, bu barədə "Bakudays.com" saytı məlumat yayıb.

İddaya görə hazırda NMR Gömrük Komitəsinin bəzi əməkdaşları Komitə binasında saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindirilirlər. Binada axtarışlar aparılır. Məlumatda bildirilir ki,  Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.

"Tns.az” saytının məlumata görə,  hətta bu gün səhər saatlarında işə gələn Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzov komitənin inzibati binasına buraxılmayıblar.

Qeyd edə ki, son vaxtlar Naxçıvan MR)rəhbərliyi ətrafında maraqlı hadisələr müşahidə edilir. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun YAP-ın 30 illik yubileyində iştirak etməməsi, eləcə də Naxçıvanla bağlı mətbuatda dərc edilən bir çox tənqidi materiallar hansısa ciddi proseslərin getdiyindən xəbər verir.

YAP-ın İdarə Heyətinin üzvü olan Vasif Talıbovun tədbir keçirilən gün Bakıda olduğu, lakin tədbirə dəvət olunmadığına dair iddialar var.

 

 

Hazırda MR-də bir sıra struktur islahatlarının aparıldığı, Naxçıvandakı qurumların Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilməsi istiqamətində də addımlar atıldığına dair məlumatlar yayılır.

Məlumatlara görə, MR-in Dövlət Gömrük Komitəsində aparılan əməliyyatın bir məqsədi də qurumun ləğv edilərək Azərbaycan Respublikası Dövıət Gömrük Komitəsinin tabeliyinə verilməsni təmin etməkdir. 

Məlumatda qeyd olunur ki, gün ərzində Naxçıvan gömrüyündə baş verənlərlə bağlı ictimaiyyətə məlumat verilməsi gözlənilir.

Onu da qeyd edək ki, Səhət Həbibbəyli AMEA-nın Prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıboun bacısının həyat yoldaşıdır.  /“AzPolitika.info”

 

 


Geri qayıt