Əsas Səhifə > Slayd > Qurban Qurbanov dünyanın ən yaxşıları

Qurban Qurbanov dünyanın ən yaxşıları


3-12-2022, 14:29

Qurban Qurbanov dünyanın ən yaxşıları SIRASINDA

Dünyanın ən yaxşı baş məşqçilərinin dekabr üçün ilk reytinq cədvəli açıqlanıb.

    Cədvələ fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

 Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. Belə ki, “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov siyahısının ilk yarısında qərarlaşıb.

 Siyahıda yeganə azərbaycanlı olan Q.Qurbanov bir pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1595 xalla 209-cudur.

 “Neftçi”nin rumıniyalı çalışdırıcısının mövqeyi dəyişməyib. Regekampf 1627 xalla 177-ci sırada yer alıb.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pillədə qərarlaşıb, Joze Mourinyo isə 2063 xalla üçüncüdür. /Modern.az


Geri qayıt