Əsas Səhifə > Slayd > Aslan İsmayılov Taleh Şahsuvarlını BAĞIŞLADI
Aslan İsmayılov Taleh Şahsuvarlını BAĞIŞLADI4-12-2022, 19:04 |
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid tanınmış hüquqşünas Aslan İsmayılovla “Aznews.az” saytının rəhbəri Taleh Şahsuvarlı arasında bir neçə ildir davam edən məhkəmə çəkişməsinə son verilməsinə nail olub. Sizdən Taleh Şahsuvarlının barışıq təklifini, dərin təəssüf hissi keçirməsini və üzrxahlığını müsbət dəyərləndirməyinizi xahiş edirəm. Əminəm ki, uzun illərə və xoş təəssüratlara söykənmiş münasibətlərimizi, həmçinin, jurnalistin səmimi üzrxahlığını nəzərə alıb xahişimi yerə salmayacaq və məhkəmə çəkişməsinə son qoymaq istəyimizi müsbət dəyərləndirəcəksiniz”, - deyə Mətbuat Şurasının sədri müraciətində qeyd edib. “Taleh Şahsuvarlının məhkəmə məsələsinə gəldikdə bildirirəm ki, mənim davam fərdlərlə yox, prinsiplərlədir. Uzun illər, hələ sovet dövründən Azərbaycan dövlətinin, xalqının maraqlarını şəxsi maraqlardan üstün tutan şəxslər sistemli şəkildə şər-böhtana, təhqirə məruz qalaraq nüfuzdan salındılar. Məqsəd isə xalqdan ancaq eyş-işrət, dedi-qodu ilə maraqlanan kütlə düzəltmək idi. Çox təəssüf edirəm ki, Azərbaycan müstəqil olandan sonra da bu ənənə davam etdi və sovet dövründən də eybəcər şəkil aldı. Nüfuzunu, qələmini qoruyan jurnalistlər kənara atıldı, şərəf-ləyaqətin, qələmin gücünün nə olduğunu bilməyənlər media kapitanları oldu. Sifarişlə, pulla insanları təhqir etmək, şər-böhtan atmaq ölkədə ən mükəmməl biznesə çevrildi. Məhz buna görə də sözün, məqalənin gücünü, əhəmiyyətini, heç mənasını da anlamayanlar jurnalistikada çoxluq təşkil etdi... Hörmətli Rəşad bəy, mənim artıq bu yaşımda dövlətdən, hakimiyyətdən, xalqdan heç bir umacağım yoxdur. Yeganə istəyim dövlətimizin və xalqımızın firəvan yaşaması, uzun illər dədə-babalarımızın bizə qoyduğu əxlaqi, mənəvi mirasların qorunmasıdır. Bir daha bildirmək istəyirəm ki, mənimlə Taleh Şahsuvarlı və onu kimiləri arasında heç bir barışıq ola bilməz. Lakin Sizin xahişinizi nəzərə alaraq, yalnız Sizə olan hörmətimdən və mətbuatın bugünkü durumundan ciddi narahatlıq keçirdiyimə görə Taleh Şahsuvarlı barəsində 3 ilə yaxındır ki, davam edən məhkəmə prosesinə xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edəcəm”, - Aslan İsmayılov cavabında bildirib. Geri qayıt |