Əsas Səhifə > Slayd > XİN rəhbərlərinin Moskva görüşü - SÜLH, yoxsa

XİN rəhbərlərinin Moskva görüşü - SÜLH, yoxsa


5-12-2022, 14:29

XİN rəhbərlərinin Moskva görüşü – SÜLH, yoxsa MÜHARİBƏ?

Son günlər siyasətdə baş verənləri izləyənlər arasında belə bir fikir dolaşır ki, III Qarabağ müharibəsi başlaya bilər. Bundan başqa, Azərbaycan tərəfi Rusiyalı sülhməramlılarının Qarabağdakı fəaliyyətilə bağlı narazılıqlar ifadə edib.

KONKRET.az xatırladır ki, hətta Azərbaycan Müdafiə Nazirliyi sülhməramlıların coğrafi ad təhrifləri ilə bağlı ard-arda etiraz ifadə edən məlumatlar bölüşüb.

Ad - 00:15

Qızılı mübahisə

Vəziyyət o qədər qarışmışdı ki, çoxdan işıqlığa çıxmalı olan məsələlərə kölgə düşmüşdü. Yəni qondarma rejimin qondarma fəaliyyətinin gələcəyi qaranlıq qalırdı. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AzerGold” əməkdaşlarının Xankəndi səfərindən sonra polemikalar qızılı rəng almağa başladı. Ekoloqlar sarımtıl payız-qış mövsümündə ermənilərin ətraf mühitə vurduğu ziyanı dəyərləndirirdilərsə, qızıl çıxaranlar Qarabağın ermənilər yaşayan hissəsindəki yataqlara baxış keçirməkdə maraqlıydırlar. Belə ki, sülhməramlıların məsuliyyət zonasında olan Azərbaycana aid faydalı qazıntılar qanunsuz şəkildə talan edilir. Bunun isə qarşısını almaq lazımdır. Təkcə bunun?

• Bəs ağzına qızıl diş qoydurmaq istəyən Arayik?

Arayik demişkən, onun dəstəsini tərksilah etməli olan sülhməramlıların da təxminən belə bir açıqlaması oldu ki, “Biz Azərbaycanın toponimlərinə hörmətlə yanaşırıq. Sözügedən təhrifləri Moskva ilə aydınlaşdırın”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bugünkü Moskva səfəri və rusiyalı həmkarı Sergey Lavrovla görüşündə və ya təktəbətək söhbətində mətbuata açıqlanmayan nüanslar arasında bəhs etdiyimiz təhrif siyasəti də müzakirə olunmamış deyil. Yəqin! Zənnə-gümana qapılmaq ideolizmdəki kimi materializmdə də müsbət qarşılanmır. Real olan isə Moskvadakı danışıqların nikbin əhval-ruhiyyəsi və müəyyən açıqlamalardır. Ceyhun Bayramov:

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu bu ilin sonuna qədər baş tuta bilər”.

Deməli, erməni tərəfi ilə bu yöndə danışıqlar gedir. Ya da azərbaycanlı nazirin bu açıqlaması erməni tərəfinə bir mesajdır ki, müəyyən fikir ayrılıqlarını masa arxasında müzakirə edə bilərik. Cəbhədə toqquşma yaşamamaq da olar. Nazir həmçinin rusiyalı şirkətlərin azad olunan torpaqlarında bərpa işlərində iştirakını salamlayıb. Bu isə Kremlin Qarabağa yolladığı Vardanyanı salamlamaq anlamı vermir. Çünki Ceyhun Bayramovun Laçın koridoru xatırlatması da Lavrova qulaqburması motivlidir. Yəni o dəhlizdən humanitar olmayan məqsədlərlə istifadə qadağandır.

Onda bir xatırlatmanı da biz verək ki, sülhməramlılar Qarabağa hələ təzə yerləşən vaxtlarda da Laçın dəhlizi ilə Ermənistandan Xankəndiyə humanitar yük adı ilə silah və silahlılar daşınırdı. Ümumi götürsək, görüş nikbin notlarla keçib və ortaq məxrəcə gəlinib kimi görünür. Bu isə sərhəddə stabillik və sakitçilik deməkdir.

Güclü qasırğadan əvvəl də sükut müşahidə olunur.

 


Geri qayıt