
Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa vermə səbəbi məlum olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib.
Sessiyanın gündəliyinə aşağıdakı məsələ verilib:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müraciətinə baxılması
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.
Qərar səsə qoyularaq qəbul olunub.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.
Geri qayıt
|