Əsas Səhifə > Slayd > Ramiz Novruzun oğlu: “İnsanlar atam haqda şayiələr buraxırlar”

Ramiz Novruzun oğlu: “İnsanlar atam haqda şayiələr buraxırlar”


23-01-2023, 15:51

Aktyor Cavidan Novruz atası Xalq artisti Ramiz Novruzun səhhətindən söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətkarın oğlu “Sözbaz” maqazin verilişinə müsahibəsində bildirib ki, indi atası özünü daha yaxşı hiss edir. 

“Atam Ramiz müəllim özünü yaxşı hiss edir. Bu günə də şükür. Bir ara onun səhhəti yaxşı deyildi. İndi hər şey qaydasına düşür. Atam haqqında yazılanlar boş şeylərdir. Bəzi insanlar onunla bağlı şayiələr buraxırlar. Mənasız bir şeylərdir. İnşallah, yaxın aylarda atamla bir yerdə efirlərə çıxacağıq”. 
Qeyd edək ki, Ramiz Novruz mədə xərçəngindən əziyyət çəkir. O, bir müddət əvvəl əməliyyat olunub və sözügedən xəstəlikdən tam sağalıb. Xalq artisti efirlərə çıxmamağının səbəbini isə həddən artıq arıqması ilə əlaqələndirib.  

 


Geri qayıt