Əsas Səhifə > Slayd > Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb - Şirkətə kim

Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb - Şirkətə kim


24-01-2023, 13:15

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb. 
Hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prossesi gedir. 
Hazırda AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb. Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın imzalanacağı gözlənilir.
Ad - 00:13
Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət etdik. Qurumun sözçüsü bu barədə məlumatının olmadığını bildirdi və rəsmi sorğu göndərməyimizi istədi. /Qaynarinfo

Geri qayıt