Əsas Səhifə > Slayd > 1 ton narkotiklə tutuldu
1 ton narkotiklə tutuldu12-11-2015, 10:34 |
Efrain Antonio Campos Flores və Francisco Flores de Freites adlı 2 nəfər ABŞ təhlükəsizlik qüvvələrinin nəzarətində keçirilən əməliyyat zamanı Haiti polisi tərəfindən saxlanılıb. Narkotik qaçaqmalçılığına görə saxlanılan 2 şübhəli ABŞ narkotiklə mübarizə idarəsinə təhvil verilib. Saxlanılan şəxslərdən birinin Maduronun nəvəsi, digərinin isə prezidentin həyat yoldaşının yaxın qohumu olduğu bildirilir. Əməliyyata rəhbərlik edən narkotik şöbənin əməkdaşı Maykl Viqil saxlanılan şəxslərin diplomatik pasportları olduğunu və toxunulmazlıq statusu ilə səyahət etdiklərini bildirib. ABŞ rəsmiləri uzun müddətdir Venesuelanın yüksəkçinli məmurlarının beynəlxalq narkotik qaçaqmalçılığında əlləri olduğunu iddia edirdi. İyun ayında ABŞ mətbuatında, ABŞ federal prokurorluğunun Venesuela parlamemntinin spikeri Diosdadu Kabello və digər rəhbər məmurlar barədə narkotik qaçaqamalçılığı və çirkli pul yumaq iddiaları ilə istintaq apardığı iddia olunmuşdu.(Azərtaym.az) Geri qayıt |