Əsas Səhifə > Slayd > “Terzi”dəki “Füzuli kantatası”
“Terzi”dəki “Füzuli kantatası”24-05-2023, 23:20 |
“Terzi” serialında mərhum Xalq artisti Şövkət Ələkbərovanın ifasında səslənən “Füzuli kantatası”nın icazəsiz istifadə olunduğu üzə çıxıb. OLAY-ın əldə etdiyi məlumata görə, musiqisi Cahangir Cahangirova, sözləri isə Məhəmməd Füzuliyə məxsus əsər “Netflix” platformasında qeyri-qanuni istifadə edilib.
“Füzuli Kantatası” “Netflix” platformasında yayımlanan, Türkiyə istehsalı “Terzi” serialında icazəsiz olaraq istifadə edilib. Ölkə musiqisi adına gözəl addım olsa da, hüququn aliliyi daim qorunub-saxlanılmalıdır. Bununla bağlı şirkətimiz “Netflix Türkiye” istehsalı olan filmləri musiqiylə təmin edən “Fix Music” ilə əlaqəyə keçib, bir daha onların bu musiqini icazəsiz istifadə etməsini, audioyazı hüquqlarının pozulması aktı olduğunu bildirib.
Xatırladaq ki, “Netflix” və “YouTube” arasında olan müqaviləyə görə platformanın rəsmi kanalı xüsusi növ təhlükəsizlik alqoritmləri ilə qorunur. Əslində, haqsız olsaydı, “mikpro” (Azərbaycan) şirkətinin bu şikayəti təmin olunmamalı idi. Prosesin digər hüquqi mərhələləri ilə bağlı yeniliklər olduqca məlumat veriləcək”. Qeyd edək ki, serialda baş rolları Çağatay Ulusoy, Şifanur Gül və Salih Bademci canlandırır. “Füzuli kantatası” serialda əsas qəhrəmanın mütəmadi qulaq asdığı və rahatlıq tapdığı musiqidir. Geri qayıt |