Əsas Səhifə > Slayd > “Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin?

“Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin?


25-05-2023, 08:29

“Yolda görəndə məndən soruşurlar ki, sən o açarı niyə oradan götürmədin?”-xalq artisti Valeh Kərimov

“Müasir aktyorların komediyası mənə çatmır. Mən şəxsən onlar kimi oynaya bilmərəm. Onlar bizim kimi oynaya bilərlərsə, lap yaxşı. Bu gün taksidən istifadə edirdim, cavan bir uşaq idi, məni o dəqiqə tanıdı. Maşından düşənə qədər “Bəxt üzüyü” filmindən danışdı. Mən özüm də köhnə filmlərimizə böyük həvəslə baxıram. “Bəxtiyar” filmində Ağasadıq Gəraybəylinin obrazı mənim üçün bütün dünya aktyorlarının obrazına bərabərdir. İndiki cavanlar bu yolu tutublar, tamaşaçını bu cür tərbiyə edirlər. Öz işləridir. Onlar da bu gün üçün yadda qalırlar. Müğənnilərdə də bu var. Bu gün qulaq asdığın mahnı, sabah yaddan çıxır. Amma Şövkət Ələkbərovaya həmişə qulaq asırsan. Yadda qalmaq, içəriyə hopmaq başqa şeydir”

 

"AzerTaym.az" bildirir ki,bunu moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib.

 

“ “Bəxt üzüyü” filmini qətiyyən izləmirəm. Mən ona çəkilmişəm, bitib. Özümə daha niyə baxım ki?! Gün ərzində saçımı darayanda təkcə güzgüyə baxıram. Mən başqasının çəkildiyi filmləri izləyirəm. Bu mənim xasiyyətimdir. Mən bu əsərin tamaşasını Sumqayıt Dövlət Dram Teatrında da oynamışam. Böyük aktyor kollektivi var idi. Tamaşada Seda obrazını teatrımızın istedadlı aktrisası Yasəmən Məmmədova (Malik) oynayırdı. Filmdə də o çəkiləcəkdi, amma elə alındı ki, rəhmətlik Firəngiz Rəhimbəyova çəkildi. Tamaşanı götürüb filmə köçürmək kino yaradıcılığından bir az uzaqdır. Tamaşa çox məşhur idi. Teatrda oynayanları artıq qəbul etmişdilər. Afaq xanımla mənim obrazımı başqa aktyor, aktrisa bəlkə də bizdən yaxşı oynayardı, amma bizi tamaşaçılar teatr tamaşasından artıq qəbul etmişdilər. Əliağa Ağayevdən sonra nə qədər aktyor Məşədi İbad rolunu oynadı, amma heç biri onun qədər sevilmədi” deyə sənətkar bildirib.

 

“Filmdə Moşu ilə Sedanın o vaxt üçün çox açıq-saçıq sayılan sözləri, səhnəcikləri var idi. Sizi bu rolunuzdan sonra tənqid edənlər oldu?” sualına sənətkar belə cavab verib.
 

 

“Xeyr, heç bir tənqid olunmayıb. Əksinə, yolda görəndə məndən soruşurlar ki, “sən o açarı niyə götürmədin?” (gülür). Orada söyüş, falan yox idi. Müəllif tragikomediya janrında yazdığı əsərinə bir az yumor qatıb” deyə aktyor bildirib.

 

Valeh Kərimov 45 il çalışdığı Sumqayıt Dövlət Dram Teatrından işdən çıxarılmasını hələ də qəbul edə bilmir.

 

“Teatrda yaşlı aktyorun da öz yeri var, cavan aktyorun da. Mən demirəm ki, “Romeo və Cülyetta” əsərində Romeonu oynayım. Ən azından Romeonun dədəsini oynaya bilərdim. Cavanın başına pudra töküb, bığını, saqqalını ağartmaqla deyil ki. Teatrda cavan yaxud qoca sözü yoxdur. Aktyor sözü var. “Qaraca qız” tamaşasını səhnələşdirib mənə Piri baba rolunu verə bilərsən də. Bu bəhanədir. Ştatları boşaldıb, cavan aktyorları işə götürmək bəhanəsidir. Məndən çox cavanlara dəstək olan yoxdur. Onlara həmişə hörmət etmişəm, dəstək olmuşam. 45 ildir çalışdığım Sumqayıt Dövlət Dram Teatrında heç bir gənc deyə bilməz ki, Valeh müəllim bizə mane olub. Hazırda Mingəçevir Dövlət Dram Teatrında çalışıram” deyə aktyor bildirib.

1076124

10761261076125


Geri qayıt