Əsas Səhifə > Slayd > Zelenskayanın Krımdakı villası müsadirə

Zelenskayanın Krımdakı villası müsadirə


25-05-2023, 08:40

Rusiyanın işğal etdiyi Krımda bir sıra obyektlər, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Olenanın Yaltadakı villası müsadirə edilib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksyonov teleqram kanalında yazıb.

O, Zelenskayanın mülkünün "milliləşdirildiyini" açıqlayıb.

Məlumata görə, mülkün rəsmi olaraq sahəsi 129,8 m²-dir.


Geri qayıt