Əsas Səhifə > Slayd > Putin və Zelenski Türkiyəyə
Putin və Zelenski Türkiyəyə31-05-2023, 11:37 |
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin Türkiyəyə səfəri gözlənilir. “CNN Turk” xəbər verir ki, Putin və Zelenskinin yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də keçiriləcək andiçmə mərasimdə iştirak edəcəyi iddia olunur. Səfər ərəfəsində Ərdoğanın hər iki liderlə ayrı-ayrılıqda görüş keçirəcəyi deyilir. Görüşlərdə əsas müzakirə mövzusu taxıl dəhlizi və Ukraynadakı müharibənin gedişatı olacaq. Hələlik səfərlə bağlı rəsmi açıqlama verilməyib. Geri qayıt |