Əsas Səhifə > Slayd > Rayonlara ŞİMŞƏK çaxdı, LEYSAN yağır

Rayonlara ŞİMŞƏK çaxdı, LEYSAN yağır


4-06-2023, 21:57

Gök Gürültüsü GIF - GokGurultusu Simsek Yagmur - Discover & Share GIFs | Gök gürültüsü, Wattpad, Gifler

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 4-ü saat 21:00-a olan məlumatına əsasən Ceyrançöl, Daşkəsən, Gədəbəy, Quba, Göygöl, Ağdam, Tovuz, Ağstafa, Yevlax, Gəncə, Şəmkir, Qrız, Quba, Qusar, Tərtər, Naxçıvanda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

"AzerTaym.az" bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Quba rayonunun Qudyalçay-Qımıl məntəqəsinə saat 20:28-20:32 radələrində xırda dənəli dolu düşüb.

Çaylarda nisbətən sabit sululuq müşahidə olunub.


Geri qayıt