Əsas Səhifə > Slayd > Hidayət Heydərov fransıza qalib gəldi, Olimpiya çempionu
Hidayət Heydərov fransıza qalib gəldi, Olimpiya çempionu29-07-2024, 20:48 |
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub. AzerTaym.az bildirir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb. Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub. Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.
Geri qayıt |