Əsas Səhifə > Slayd > BAKIDA LİDERLƏRİN SAMMİTİ BAŞLADI - Fotolar
BAKIDA LİDERLƏRİN SAMMİTİ BAŞLADI - Fotolar12-11-2024, 11:02 |
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir. Qonaqlar tədbirin keçirildiyi Bakı Stadionuna gəlir, onları Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş qarşılayır. Qeyd edək ki, Liderlər Sammiti iki gün davam edəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.
Geri qayıt |