Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib. APA-nın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasda Leyla Yunusun şərti olaraq azadlığa buraxılması barədə qərar qəbul olunub. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.
Geri qayıt
|