Əsas Səhifə > Slayd > Kişilərin nəsli tükənə bilər
Kişilərin nəsli tükənə bilər16-01-2025, 19:49 |
Kişilərin nəsli tükənə bilər. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə "BBC Science Focus"da məqalə yayımlanıb.
Qeyd edilir ki, Y xromosomu kişilərdə cinsiyyətin müəyyənləşməsində rol oynayır, lakin təkamül prosesi nəticəsində bu xromosomun get-gedə balacalaşdığı və genetik materialının böyük bir hissəsini itirdiyi aşkar edilib. Üstəlik, bu vəziyyətin potensial olaraq yeni bir cinsiyyət geninin ortaya çıxmasına səbəb olacağı da iddia edilir. Y xromosomu niyə yoxa çıxır? "BBC Science Focus"a danışan Trobe Molekulyar Elm İnstitutunun professosu Ceni Qreyvs vəziyyətlə bağlı danışarkən deyib: Kişilərin nə qədər vaxtı qalıb? "Təkamül baxımından danışıram. Cinsiyyət xromosomları məməlilərdə təqribən 180 milyon il əvvəl təkamül prosesindən keçib. Y xromosomunun bu səviyyəyə qədər aşınması bu qədər uzun davam edib. İnsanlarda isə təqribi hesabla tamamilə yox olana qədər 6 və ya 7 milyon il vaxt var" - Ceni Qreyvs əlavə edib. Bildirilir ki, təkamül prosesi və genetik adaptasiyalar sayəsində insan növünün bu dəyişikliklərə uyğunlaşma potensialı da var. Geri qayıt |