Əsas Səhifə > Slayd > «TERROR ƏSAS VERSİYA KİMİ ARAŞDIRILMALIDIR»
«TERROR ƏSAS VERSİYA KİMİ ARAŞDIRILMALIDIR»11-12-2015, 23:05 |
“Bu terroru orada çalışanların əli ilə də törədə, texnogen qəza yarada bilərlər”
Azad Demokratlar Partiyasının sədri, milli təhlükəsizlik nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbər, bunları dekabrın 4-də “Günəşli” yatağının 10-cu platformasında baş verən partlayışın terror olma ehtimalını dəyərləndirərkən söyləyib. Ekspert moderator.az saytına açıqlamasında deyib ki, terror ehtimalı əsas versiyalardan biri kimi dərindən araşdırılmalıdır. “Nardaranda baş verən hadisələr də maraq doğurur. 25 fevraldan başlayaraq hadisələrin xronologiyasına fikir versəniz, görərsiniz ki, Azərbacanda ciddi dəyişikliklər baş verməkdədir. Mən hələ sentyabr ayının ortalarında ölkə mətbuatında bildirmişdim ki, Azərbaycan böyük dəyişikliklər astanasındadır. 21 fevral tarixində manatın kəskin devalvasiyası və maliyyə gərginliyi baş verdi. Bunun ardınca Binəqədi rayonunda binanın yandırılmasının şahidi olduq. Avropa Oyunları zamanı avtobusla idmançıların vurulması, MTN və Rabitə Nazirliyində baş verən hadisələr, Nardaran olayları və “Günəşli” yatağındakı platformada baş verən hadisələr…
Geri qayıt |