Əsas Səhifə > Slayd > “Son 10 gündə baş verən küçə terroru soyğunçuluğu ört-basdır
“Son 10 gündə baş verən küçə terroru soyğunçuluğu ört-basdır30-03-2025, 22:42 |
“İstanbulda aparılan rüşvət, korrupsiya və terror araşdırmalarını yaxından izləyirik. İstintaq irəlilədikcə, dərinləşdikcə bələdiyyələri səkkizayaqlılar kimi əhatəyə alan cinayətkar təşkilatın əllərinin nə qədər uzandığı təbii ki, bəlli olacaq”. "AzerTaym.az" ölkə.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Ramazan ayının son 10 günündə baş verən hadisələr və küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdindən başqa bir şey deyil. “Məhkəmə heyəti üzvlərimizə onların ailələrinə və uşaqlarına hədə-qorxu gələrək onlara təzyiq göstərmək cəhdləri indiyədək nəticəsiz qalıb. Millətimiz tələni gördü və təxribatçıların toruna düşmədi. Bu münasibətlə öz vəzifələrini böyük sədaqətlə, səbr və soyuqqanlılıqla yerinə yetirən hüquq-mühafizə orqanları əməkdaşlarımızı bir daha təbrik etmək istəyirəm”.(Haber Global) Geri qayıt |