Əsas Səhifə > Slayd > ENDİRİB - Çoxsaylı strateji hədəflər vurulub, aerodromlar, elektrik şəbəkəsi

ENDİRİB - Çoxsaylı strateji hədəflər vurulub, aerodromlar, elektrik şəbəkəsi


10-05-2025, 18:47

Pakistanın Baş naziri Şahbaz Şərif ölkənin nüvə arsenalına cavabdeh olan Milli Komandanlığın fövqəladə iclasını çağırıb.

"AzPolitika" xəbər verir ki, bu barədə  "Reuters" agentliyi məlumat verib.

 

 

Belə ki, Baş nazir Şahbaz Şərif milli təhlükəsizlik sahəsində, xüsusən də ölkənin nüvə arsenalı ilə bağlı məsələlərdə əsas qərarlar qəbul edən mülki və hərbi məmurların ali orqannlarının rəhbərlərini toplayıb.

“Pakistanın Hindistana qarşı hərbi əməliyyatlara başlamasından və Hindistanın bir neçə hərbi obyektini vurmasından az sonra Baş nazir Şahbaz Şərif Milli Komandanlıq Şurasının iclasını çağırıb”, - məlumatda deyilir.

İclasda nələrin müzakirə olunduğu ilə bağlı məlumat verilmir.

***

"Pakistan ordusu tərəfindən Hindistan ərazisinə endirilən zərbələr müdafiə xarakteri daşıyır".

Oxu.Az-ın xəbərinə görə, bu sözləri Pakistanın xarici işlər naziri İshaq Dar "Geo TV"nin efirində deyib.

 

 

"Pakistan Silahlı Qüvvələri son regional gərginlik fonunda yüksək hazırlıq vəziyyətindədir və tam hazırdır. Son hərbi cavab sırf müdafiə xarakteri daşıyırdı", - deyə Dar bildirib.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət Hindistanı "səhvlərinin ciddiliyini dərk etməyə" məcbur etməlidir.

Həmçinin respublika ordusunun idarələrarası ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, Pakistan Silahlı Qüvvələri Hindistanın Sirsa şəhərində yerləşən aerodromu məhv edib.

Xatırladaq ki, Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Məlumata görə, Pakistan Silahlı Qüvvələri Hindistan ərazisində çoxsaylı strateji hədəfləri vurur, Bisdə "BrahMos" raket anbarı məhv edilir.

***

Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

“Report” xəbər verir ki, bu barədə “Geo” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pakistan Silahlı Qüvvələri Hindistanda çoxsaylı strateji hədəfləri vurur və Bisadakı “BrahMos” raket anbarının məhv edildiyi bildirilir.

Bundan başqa Hindistanın elektrik şəbəkəsinin 70 faizi yarasız vəziyyətə salınıb, onların “ZKG Top”dakı qərargahı, Uridəki təchizat anbarı məhv edilib.

Pakistan ölkə ərazisinə raketlərin buraxıldığı Beasdakı “BrahMos” anbarını, Udhampur aviabazasını və Pathankot aerodromunu bombalayaraq yararsız vəziyyət salıb. Xatırladaq ki, Udhampur aviabazası “Fateh-13” raketləri ilə vurulub.

Pakistanın baş naziri Şahbaz Şərif isə əməliyyatların başlamasından sonra Milli Komandanlıq Şurasını toplayıb. 

 

Bundan əvvəl Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin sözçüsü hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb.


Geri qayıt