Əsas Səhifə > Slayd > İMİŞLİDƏKİ "SEPARATÇI"nın CAVABINI VERDİ
İMİŞLİDƏKİ "SEPARATÇI"nın CAVABINI VERDİBu gün, 13:07 |
Xəbər verdiyimiz kimi, İmişli rayonunun Sarıxanlı kəndində 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxışı ölkə ictimaiyyəti tərəfindən qəzəblə qarşılanıb. "AzPolitika " xəbər verir ki, bu barədə "Unikal"a Azərbaycanın sabiq təhsil naziri, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov açıqlama verib. Eks-nazir bildirib ki, Saleh Səmədovun bu addımı səhvdir: "İmişli hara, "Georgi lenti" hara? SSRİ bayrağı ilə çoxdan qurtarmışıq. Vaxtilə Ulu Öndər üçrəngli bayrağımızı qaldırıb bizi ondan azad etmədimi? Bu, tamamilə separatçı və Azərbaycanın bugünkü siyasətinə uyğun gəlməyən bir hərəkətdir. Bunu kim edibsə, çaşıb. Mən belə fikirləşirəm". Misir Mərdanov Saleh Səmədovun Türkiyə bayrağı ilə bağlı açıqlamasına da münasibət bildirib. O, bu açıqlamaya "qələt edir" deməklə kifayətlənib.
Xatırladaq ki, Saleh Səmədov "modern.azü -a açıqlamasnda özünə haqq qazandırıb və hətta Azərbaycanda qardaş Türkiyənin bayrağına olan sevgiyə nifrət qusub..
"Burada Türkiyə bayrağı da dalğalanır, bəs ona niyə bir söz demirsiniz?! SSRİ bayrağı orada bir neçə saatlıq qaldı və yığışdırıldı. Türkiyə bayrağı isə küçələrdədir. Siz o zaman Türkiyə bayrağına niyə qarışmırsınız?!” - deyə, təxribatçı fikirlər səsləndirib..
Qeyd edək ki, Saleh Səmədovun separatçı xarakterli bir tədbir təşkil etməsi, bunu lentə alaraq yayması, ardınca isə qardaş Türkiyə bayrağı əleyhinə təxribat xarakterli fikirlər səsləndirməsi onun bu addımları özbaşına atmadığını düşünməyə əsas verir. Belə bir tədbirin keçirilməsi ilə bağlı tapşırığın Saleh Səmədova kim tərəfindən və ya haradan verildiyi ciddi şəkildə araşdırılmalıdır. Üstəlik, bu məsələ yalnız İcra Hakimiyyəti tərəfindən deyil, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Geri qayıt |