Əsas Səhifə > Slayd > Milli Məclisin aparat rəhbərinin qardaşına vəzifə verildi - Ali Məhkəmədə yeni təyinatlar -

Milli Məclisin aparat rəhbərinin qardaşına vəzifə verildi - Ali Məhkəmədə yeni təyinatlar -


30-12-2015, 21:21

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağıdakı hakimləri həmin məhkəmənin kollegiya sədrləri təyin edilsinlər:

Şəlalə Ağakərim qızı Məmmədova - Mülki Kollegiyanın sədri
Hikmət Abbas oğlu Mirzəyev - İnzibati-İqtisadi Kollegiyanın sədri
Şahin Yaşar oğlu Yusifov - Cinayət Kollegiyasının sədri.

 

Qeyd edək ki, Hikmət Mirzəyev Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevin qardaşıdır.


Geri qayıt