Əsas Səhifə > Slayd > KÜR və ARAZ transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələr
KÜR və ARAZ transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələr6-01-2016, 09:15 |
Dekabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının II ongünlüyünə nisbətən 4 m3/san azalaraq 153 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda və Ağstafaçay su anbarında 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Dekabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 4, I Şahsevəndə və Bəhramtəpədə 3 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.95-6.48 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.(Azərtaym.az) Geri qayıt |