Əsas Səhifə > Slayd > Demokratik.az-dan VAGZAL rəisinə “AYI XİDMƏTİ”:
Demokratik.az-dan VAGZAL rəisinə “AYI XİDMƏTİ”:17-02-2016, 20:50 |
||
Xeberinfo.com: Azdan-çoxdan mətbuata aidiyyatı olan birisi kimi, inidyədək çox nəsnələrin şahidi olmuşam: böhtanlar, şantajlar, mənasız təhdidlər və s. Hətta o dərəcədə ki, artıq şaşırmaq yox dərəcəsində... Sayqılı oxucularımıza da məlum olduğu kimi, bir neçə gün öncəxeberinfo.com-da Gəncə Dəmir Yol Vağzalının fəaliyyəti ilə bağlı tənqidi yazı dərc olunmuşdu. Redaksiyamıza daxil olmuş məlumatlar əsasında, bu istiqamətdə sevgili oxucularımızda müəyyən təsəvvürlər yaratmağa çalışmışdıq . (Əvvəlki yazılarımızdan məlumdur.) Qarşı tərəf olaraq səlahiyyət sahiblərini dinləmək istiqamətindəki çabalarımız isə nəticəsiz qalmışdı. Yuxarıda qeyd etdiyim kimi, bu da şaşırdıcı deyil: təəssüf ki, vəzifə sahiblərinin mətbu sayqısızlığı arzuolunmaz tendensiyaya çevrilib. Nə isə, bu ayrı bir yazının mövzusudur. Yazı dərc olunduqdan sonra qarşı tərəf olaraq Gəncə Dəmir Yol Vağzalının rəhbərliyi Mətbuat Şurasına müraciət etdi. Olsun, bu da onların hüquqlarından biridir. Amma,... buna müraciət demək mümkünsə. “Yeni xəbər” qəzetinin, xeberinfo.com saytının və şəxsən bəndənizin ünvanına olmazın böhtanları, şantaj, aşağılayıcı ifadələr və s. Təsəvvür edin ki, bu “müraciət”in hər cümləsi, hər sözü bir məhkəmə predmeti ola bilər. Sadəcə işsiz-gücsüz birisi lazımdır ki, bu “müraciət”in “boynuna ip salıb, fırlasın”. Bəndəniz və ümumən redaksiyamız isə zaman və enerjisini daha da əhəmiyyətli fəaliyyətə xərcləmək yolundadır... Ayın 12-də hörmətli Mətbuat Şurasının dəyərli İdarə Heyətində bu “müraciət” müzakirə olundu. Bəndənizin də iştirakı ilə müzakirələrdən sonra xeberinfo.com-a qarşı tərəfin mövqeyinə yer ayırmaq TÖVSİYƏolundu. Təkrar edirəm, TÖVSİYƏ. Biz xeberinfo.com olaraq bu qərara hörmətlə yanaşırıq. Və məlum qayda və prinsiplərə uyğun olaraq, qarşı tərəfin mövqeyinə yer ayıracağımıza kimsə şübhə etməsin. Bizim heç kimlə, eləcə də Gəncə Dəmir Yol Vağzalının rəhbərliyi ilə heç bir problemimiz yoxdur və ola da bilməz. Ayın 13-də redaksiyamızın elektron poçtuna Gəncə Dəmir Yol Vağzalının rəhbərliyi adından “cavab” gəldi. Müəyyən mənasız təhdidlərin də yer aldığı “cavab”da bir telefon nömrəsi də yazılmışdı. Bu vağzalın rəisi Mayıl Mürsəlovun telefonu idi. Yazılmışdı ona görə ki, “cavab”ın cənab Mürsəlov tərəfindən göndərildiyinə şühbə etməyək. Biz də belə bir “cavab”ın Mayıl Mürsəlov tərəfindən göndərlidiyinə şübhə etdiyimizdən, həmən nömrə ilə əlaqə saxladıq. Hörmətli Mayıl müəllimlə söhbətimizdən məlum olur ki, onun bu “cavab”dan xəbəri yoxdur(?) Zatən müraciətin də onun tərəfindən yazılmadığı məlumdur. Belə “müraciət”in, “cavab”ın yazılmasından ötrü savadsızlıqla bərabər, əxlaqsızlıq da vacibdir. Həm də “bəs” deyincə. Bildiyimiz qədəri ilə Mayıl Mürsəlov bu sayaq pisliklərdən uzaq birisidir. Demokratik.az adlı sayt həm bu “müraciət”ə, həm də “cavab”a böyük məmnunluqla, həm də qeyri-peşəkarcasına yer ayırır. Həm də səviyyəsinə uyğun əlavələrlə. (Başa düşürəm, mətbu cameədə məşhurlaşmaqdan ötərixeberinfo.com-un, İlqar Salmanovun adından yararlanmaq nəticə verə bilər.) Bu sayt hətta Mətbuat Şurasının məlum qərarından sonra da “müraciət”i səhifəsində saxlamaq kimi gülünc bir vasitədən çəkinmir. Jurnalistika bir yana, hətta təndir üstə qeybət edən ...lar da özlərini bunca gülüş obyektinə çevirməzlər. Nə deyim, hər kəs bir əxlaq sahibidir, bir yolun yolçusudur... Yolun açıq olsun, Rzayev Osman Nəriman oğlu. Bütün bu “özfəaliyyət”inlə təkcə özünü rüsvay etsəydin nə var idi ki... Yuxarıda qeyd etdiyim kimi, mən zamanımı və enerjimi dəyərləndirməyə çalışan birisiyəm. Narahat olma, sənin bir həmkarım vasitəsi ilə (Adını yazmağı uyğun bilmirəm.) mənə hansı təklifdə bulunduğunu da yazmayacağam. Tənqiddən fərqli olaraq, təhqiri heç sevmirəm, o ki, ola həddini aşmış təhqir. Bunun bədəli ağır olur... Bakıdan 400 km uzaqda-Göygöldə oturub da, internet üzərindən “qəhrəmanlığ”ın da yeri yox. Bunun adı başqadır. Bundan sonra bu mövzuya ayrılacaq zamanım yox, alacağın cavab, yazacaqların olacaq: nöqtəsinə, vergülünə kimi. Lazımı redaktələrlə. Bax beləcə:
Geri qayıt |