Əsas Səhifə > Slayd > “Bizə quyu qazanı həmin quyuda basdıraraq…”
“Bizə quyu qazanı həmin quyuda basdıraraq…”24-02-2016, 18:25 |
Ərdoğan deyib ki, ölkəsi ötən ilin iyul ayından bu günə kimi 300-dən çox təhlükəsizlik qüvvəsi əməkdaşının şəhid olması ilə nəticələnən, dünyada yaxın tarixdə bənzəri görünməyən bir terror hücumu ilə qarşı-qarşıyadır. “Şanlıurfada, Diyarbakırda, Ankarada, İstanbulda canlı bomba hücumlarında 200-dən çox vətəndaşımızı itirmişik.
Kürdlər ölkəmdə mənim vətəndaşım, qardaşımdır. Bizim kürd qardaşlarımızla heç bir problemimiz yoxdur. Problem terrorçularladır. Maşını ilə onlara silah daşıyan, onlara canlı qalxan olan, evini terrorçulara açan, onların hər aksiyasında qabaq sırada yer alan millət vəkilləri isə deputat yox, terroristin özüdür”. O, dünyanın heç bir yerində kamikadzeyə dəstək çıxan siyasətçinin olmadığını deyib. Geri qayıt |