Əsas Səhifə > Son xəbərlər > Hüquqşünaslar gecə ilə toplandı -
Hüquqşünaslar gecə ilə toplandı -31-10-2017, 10:34 |
Bir qrup hüquqşünasın iştirakı ilə Vəkillik Fəaliyyəti haqqında Qanuna dəyişikliklə bağlı Milli Məclisə təklif edilən layihəyə görə dəyirmi masa keçirilib. AzerTaym.az Femida.az-a istinadən xəbər verir ki,tədbirdə Milli Məclisin plenar iclasında baxılacaq Mülki Prosessual Məcəlləsinə, İnzibati Prosessual Məcəlləsinə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihələr müzakirə olunub. Tədbirdə hüquqşünaslarla yanaşı vəkillər də iştirak edib. Vəkil Xədicə Şirinova qeyd olunan layihənin onu çox narahat etdiyini və bunun ciddi fəsadlarının olacağını bildirdi. O, xüsusu ilə layihədə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkili ola bilər əlavəsinin əlavə problem yaradacağını qeyd edib. Daha sonra digər hüquqşünaslar çıxış ediblər.Onların sözlərinə görə, bu gün Azərbaycan məhkəmələrində 370.000 işə baxılır. Nümayəndələr bu işdən kənarlaşdırılsa, bunun nəticəsinin heç də ürək açan olmayacağını qeyd etdilər. Geri qayıt |