Əsas Səhifə > Son xəbərlər > SOCAR-da qəza -

SOCAR-da qəza -


3-11-2017, 11:19

SOCAR-da qəza

Bu gün SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı qəza baş verib.
 
"AzerTaym.az" xəbər verir ki, SOCAR-ın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev "APA-Economics"ə bildirib ki, qəza nəticəsində iki nəfər qazma köməkçisi - Fikrət Gözəlov və Cavad Ədilov xəsarət alıblar. Onun sözlərinə görə, xəsarət alan işçilər xəstəxanaya çatdırılıb: "Xəsarət alanlardan biri artıq evə buraxılıb, digərinin müalicəsi davam etdirilir".

 Dövlət şirkətinin rəsmisi əlavə edib ki, hadisə nəticəsində ölüm hadisəsi qeydə alınmayıb.


Geri qayıt