Əsas Səhifə > Son xəbərlər > Azərbaycanda bölgələrin fərqli
Azərbaycanda bölgələrin fərqli10-11-2017, 15:47 |
Azərbaycanlılar yas mərasimlərinə həmişə özünəməxsus tərzdə yanaşıb və bunula bağlı daşlaşmış adət-ənənələr mövcuddur. Amma son illər yas mərasimləri öz məzmun və mahiyyətini, formasını dəyişib ki, bud a bir sıra hallarda xoşagəlməz sonluqlara səbəb olur. Modern.az saytı bununla bağlı bir neçə bölgənin din xadimləri ilə həmsöhbət olub. Balakən şəhər Cümə məscidinin imamı İbrahim İbrahimov deyib ki, onların adətlərinə görə, dəfnin üçüncü günü Zikr məclisi olur: “Əgər ölən qadındırsa, qadın yuyucuya xəbər edib, gətirirlər. Kişidirsə, əksinə. Ölü ya həyətində bir yer qurularaq orada yuyulur, ya da məscidlərdə. Əgər mərhumun uzaqda qohum-əqrabası varsa, tez gəlib çıxacaqsa, meyitin dəfnini bir az yubadırlar. Yox əgər həmin gün gələ bilməyəcəklərsə, günorta namazından sonra mərhumun dəfni elan edilir. Həyətdə palaz açılır, cənazə namazı qılınır və qəbiristanlıqda dəfn olunur. Bundan sonra 3 gün məclis olur. Üçüncü gün bizim adətimizə görə böyük zikr məclisi təşkil edilir. Hardasa 100 nəfər kişi toplanır və məclisdə iştirak edir. Sonra ölünün 7 və 40 mərasimi verilir və bununla da tamamlanır”. İmamın sözlərinə görə, hazırda Balakəndə yas mərasimlərində heç çay da verilmir: Gəncə Şahsevənlər məscidi dini icmasının sədri Füzuli Məmmədli bildirib ki, Gəncədə 7 mərasimi olmur: Ölünün dəfn mərasimi əsasən günorta namazından sonra olur. Lakin saatın fərqli olmasının eybi yoxdur. Yəni həmin günü dəfn etmək çatdırılmasa, bunu axşama da salmaq olar. Sadəcə olaraq bizdə qəbirstanlıqlarda şərait yaxşı deyil, işıqlandırılması yoxdur, natəmizlikdir. Bu baxımdan nəsə problem ola bilər. Hazırda Gəncədə demək olar ki, yas mərasimlərində yemək verilmir. Bircə dəfn günü halva və yuxa təklif edilir. Həmçinin, çay və şirni də olur. Təbii, qadın və kişi məclisləri ayrıdır. Əgər evdə şərait varsa, qadın məclisi evdə təşkil olunur. Bizdə 3 və 40 mərasimi olsa da, 7 mərasimi verilmir. Qəbir başdaşlarının isə demək olar ki, hamısı təmtəraqlıdır. Düzdür, şəriətdə belə bir şey yoxdur, amma adətlər belədir”. “Dəfn olunan adamı öz həyətlərində yer, şərait olsa, orada yumaq olar. Bundan sonra kəfənləyirik və qəbiristanlığın qabağında cənazə namazı qılıb, dəfn edirik. 3 gün məclis keçirilir. Bizdə adətlər kənd yerindəki kimidir. Ölünü saxlamağa imkanımız olmur. Məsciddə səsgücləndirici ilə xüsusi dua vasitəsilə dəfnin saatını elan edirik. Camaat, el-oba yığışır və ölünü dəfn edirik. Ölünü basdırmaq üçün vaxt məhdudiyyəti qoyulmur. Tutaq ki, adam axşam saat 5-də rəhmətə gedibsə, onu sabaha saxlamırıq. Ola bilər, səhərə qalsa, ev sahibləri narahat olsun. Bu nöqteyi-nəzərdən ölü sahibinin razılığı ilə həmən dəfn edirik. Qəbiristanlıqdan qayıdandan sonra yüngülvari süfrə açırlar, yeməklər olur. Kişi və qadın yığıncaqları adətən ayrı olur. Ümumiyyətlə, bu yas mərasimləri ilə bağlı bizdə təmtəraqlı işlər görülmür. Lənkəranda 7 mərasimi yoxdur. 40 mərasimində 15-20 nəfər yığışır, çay süfrəsi təşkil edilir, Quran oxunur və gələnlər qəbiristanlığı ziyarət edib başsağlığı verirlər”. Tovuz şəhər məscidinin axundu Nəriman İbayev qeyd edib ki, Tovuzda axşam saatlarında ölü dəfn edilmir: “Bizdə ölü yiyəsi onu məsciddə yox, evlərdə yuyur. Ölü yuyulub büküləndən sonra cənazə namazı qılınır və basdırılır. Axşam saatlarında heç zaman ölü dəfn etmirik. Ancaq gündüz saatlarında namaz qılınır və ölü dəfn edilir. Yas mərasimləri isə artıq sadə keçirilir. Yəni yasa gələnlərə halva, yuxa, salat təklif edilir, başqa heç nə. Tovuzda çox vaxt qadın və kişi məclisləri ayrı olur. Lakin bəzən də eyni yerdə kişilərin yığıncağı qurtarandan sonra qadınların yığıncağı başlayır. 3, 7, 40 mərasimləri isə hər yerdə olduğu kimidir”. Geri qayıt |