Əsas Səhifə > Son xəbərlər > Dövlət İmtahan Mərkəzindən İMTAHAN MODELİ barədə
Dövlət İmtahan Mərkəzindən İMTAHAN MODELİ barədə16-11-2017, 12:12 |
||||||||||||||||
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli açıqlanıb. Yeni model barədə ümumi məlumat verilsə də, bir çox məsələlər, o cümlədən, hər fənndən nisbi balın nə qədər olacağı açıqlanmayıb. O zaman yeni modelin bütün detalları nə zaman açıqlanacaq?.
“Artıq yeni imtahan modelinin ilkin variantı ictimaiyyətə məlumdur. Hazırda həmin modelin üzərində araşdırma gedir. DİM-də fənn seminarları təşkil olunub. Həmin seminarlarda imtahanların məzmunu müzakirə olunur, təkliflər irəli sürülür. Bu işlərin hamısı yekunlaşandan sonra artıq konkret olaraq qərar qəbul olunacaq. Hazırda ekspertlər öz təkliflərini verirlər. Ondan sonra isə yeni qəbul mexanizmi qanunvericilikdə təsdiq olunacaq”. Xatırladaq ki, yeni qaydalara əsasən, 2019-cu ildən tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurrikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I-IV qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər aşağıdakı fənlərdən imtahan verəcəklər:
Geri qayıt |