Əsas Səhifə > Son xəbərlər > UŞAĞI DÖYƏN müəllim qovuldu:

UŞAĞI DÖYƏN müəllim qovuldu:


11-06-2018, 16:50

Uşağı döyən müəllim qovuldu: bağça bağlandı (VİDEO)

Bakıda fəaliyyət göstərən "Kids Studio” bağçası uşaqların döyülmə videosunun yayılmasından sonra fəaliyyətini dayandırıb.
Bağçadan axar.az-a verilən məlumata görə, uşaqları döyən müəllim də işdən azad edilib.
"Həmin görüntülərdə müəllimə uşağı döymür, sadəcə, silkələyir, divara tərəf atır. Bağçanın fəaliyyəti bu gündən etibarən dayandırılıb”, - bağçadan bildirilib.
Qeyd edək ki, bu gün Azxəbər.com saytı "Kids Studio” bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən video yayıb.


Geri qayıt