Əsas Səhifə > Son xəbərlər > Sarqsyanın QARDAŞI OĞLU Çexiyada

Sarqsyanın QARDAŞI OĞLU Çexiyada


8-12-2018, 06:31

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyan Çexiyada saxlanılıb.

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, İnterpolun xətti ilə N.Sarqsyanın Praqada gizləndiyi müəyyən edilib.

Bildirilir ki, saxlanılan zaman N.Sarqsyan Qvatemala vətəndaşı Franklin Qonsalesin adına olan pasport təqdim edib.

Axtarışda olan N.Sarqsyanın Ermənistana ekstradisiyasının təşkili üçün məlumat ölkənin Baş Prokurorluğuna təqdim olub.


Geri qayıt