Jurnalistlər üçün müsabiqə elan edildi - qaliblər BERLİNƏ APARILACAQ

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi jurnalistlər və festival tamaşaçıları üçün yazı müsabiqəsi elan edib.

 Modern.az xəbər verir ki, müsabiqənin qalibləri gələn il fevralda Almaniyanın paytaxtı Berlində təşkil olunacaq film festivalında iştirak etmək hüququ əldə edəcək.

 Belə ki, “Avropa Tolerantlıq Festivalı və Avropa Film Festivalı tolerantlıq və ya mədəni müxtəliflik barədə mənim təəssüratlarımı necə dəyişdi” mövzusunda yazılan inşa maksimum 350 sözdən ibarət olmalıdır. İngilis dilində yazılacaq inşa noyabrın 30-dək “İnşa müsabiqəsi” adı ilə [email protected] elektron poçtuna göndərilməlidir.

 Hər namizəd yalnız bir yazı göndərə bilər. Bundan başqa, Aİ-nin Azərbaycan nümayəndəliyi jurnalistlər üçün “Ən yaxşı mətbuat işi” adlı ikinci müsabiqəsini də elan edib.

 Avropa Film Festivalı barədə nəşr olunan ən yaxşı mətbuat işi seçilərək mükafatlandırılacaq. Müsabiqənin qalibi Berlin Film Festivalında iştirak etmək hüququ əldə edəcək. Məqalənin linki, skan edilmiş surəti və ya reportajın video, audio yazısı noyabrın 30-dək “Jurnalistlər üçün müsabiqə” adı ilə [email protected] elektron poçtuna göndərilməlidir.

 Qeyd edək ki, uçuş bileti, yaşayış və gündəlik xərclər, eləcə də festivala biletlər nümayəndəlik tərəfindən ödəniləcək.

 






Fikirlər