“AQROLİZİNQ”in rəhbərliyi yenidən FORMALAŞDIRILIB...

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-nin Müşahidə Şurası (MŞ) və İdarə Heyəti (İH) yenidən formalaşdırılıb.

“Report” xəbər verir ki, indiyə qədər MŞ-ya sədrlik edən nazir müavini Seyfəddin Talıbovu digər nazir müavini İlham Quliyev əvəz edib.

Bundan başqa, MŞ-da İqtisadiyyat Nazirliyini təmsil edən Yalçın Əzizov Rəşad Dayıyevlə, Əmlak Məsələləri Dövlət Komitəsini (ƏMDK) təmsil edən Əşrəf Quliyev isə Zülfüqar Mansurovla əvəzlənib. KTN-nin nümayəndəsi Faiq Bayramov və Maliyyə Nazirliyinin nümayəndəsi Firdovsi Xəlilov isə rəhbərlikdə saxlanılıb.

“Aqrolizinq”in İH-də də dəyişikliklər baş verib. İH üzvlərinin sayı 5-dən 7-yə çatdırılıb. Yeni üzvlər KTN-dən Mahmud Abdullayev və Arzu Hüseynovdur. Bununla yanaşı, Seymur Mövlayev (sədr), Aydın Əzizov (sədr müavini), İsrafil İsmayılov (KTN-in nümayəndəsi), Valeh Musayev (İqtisadiyyat Nazirliyinin nümayəndəsi) və Rüfət Kərimov (ƏMDK-nın nümayəndəsi) də əvvəki qaydada İH-də təmsil olunurlar.






Fikirlər