DSMF-nin sabiq aparat rəhbəri Şahin Quliyevin həbs olunmaq təhlükəsi var
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparılan islahatlarda sabiq nazir Səlim Müslümova yaxın kadrların təmizlənməsi davam etdirilir. Ötən həftə nazir Sahil Babayevin sabiq nazirin komandasına aid olan 20 vəzifəli şəxslə vidalaşması buna əyani sübutdur.
Əmək və Əhalinin Sosail Müdafiəsi nazirliyindən MilliYola.az-a daxil olan məlumata görə Hesablama Palatasının 181 ölünün adına pensiya alması ilə bağlı yaydığı hesabat nazirlik təərfindən ciddi şəkildə araşdırılır. Aparılan bu araşıdrmalarda isə çox güman ki, rolu olan şəxslər barədə hüquq mühafizə orqanlarına şikayət ediləcək.
Məlumata görə ağlasığmaz “ölü canlar” pensiyası məsələsinin üzə çıxması Səlim Müslümovun komandasının keçmiş işçilərini çətin vəziyyətə salıb. Nazirlik içindəki mənbəmizin saytımıza verdiyi məlumata görə narahatçılıq keçirən şəxslərdən biridə DSMF-nin keçmiş aparat rəhbəri, bir neçə günə kimi isə nazirliyin Sosial ödənişlər şöbəsinin müdiri Şahin Quliyevdir. Məlumatda bildirilir ki, vaxtı ilə Səlim Müslümovun “istəkli” kadrlarından biri olaraq Aparat rəhbəri pilləsinə qədər yüksələ Şahin Quliyev işlədiyi dövrlərdə vəzifəsindən sui istifadə edərək böyük imkanlar sahinimə çevrilib. Məhz illərdir ölmüş şəxslərin adına alınan pensiyadan Şahin Quliyevin xəbərsiz olması kiməsə inandırıcı gəlmir.
Məlumatda iddia edilir ki, sabiq aparat rəhbəri bəzi şəxslərin ölülərin adına aldığı pensiyada xəbərdar olaraq buna göz yumub. Məlumata görə Şahin Quliyevində əsas narahatçılğı elə bu nüansladır. Yəni Şahin Quliyev Aparat rəhbəri işlədiyi dövrdə baş verən cinayətə göz yummaqla özü cinayətin bir parçasına çevrilib.
Qeyd edək ki, DSMF aparat rəhbəri işlədiyi dövrdə böyük imkanlara sahib olan Şahin Quliyev sonrada bilinməyən hansısa səbəblərə görə sabiq nazir Səlim Müslümovun “qəzəbinə” tuş gələrək nazirliyin sosial ödənişlər şöbəsinə keçirilib. Məsələ ilə bağlı araşıdrmamız davam edir.
Mövzuya qayıdacağıq.
MilliYol.az