BAYRAM GÜNÜ qeydə alınmış CİNAYƏT FAKTLARI AÇIQLANIB...

Bayram günü qeydə alınmış cinayət faktları açıqlanıb

Bayram günü Azərbaycanın daxili işlər orqanları tərəfindən 91 cinayət faktı qeydə alınıb, onların da 24-ü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən  "AzerTaym.az" verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

İyunun 15-də axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər xəsarət alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.






Fikirlər