ŞİRVANDAN DƏHŞƏTLİ FAKTLAR: “SAHİL BABAYEV, BU SƏSİ 15 DƏQİQƏ DİNLƏYİN!!!”- VİDEO
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin cəmi 15 dəqiqə vaxtını ayırıb təqdim edəcəyimiz audi yazını dinləməsi lazımdır FİA.Az-ın məlumatında bildirilir ki, operativxeber.az-ın Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində keçirilən iclasdan yaydığı səs yazısı mənzərəni tam açır. Mərkəzin baş həkimi Könül Abbasova iclasda ondan şikayət edən Vidadi Paşayevi ittiham edir, mətbuatın mənafeyinə işləməkdə suçlayır, “media kimin qeydinə qalıb ki” söyləyir. 15 dəqiqəlik səs yazısının sonunda işçilərlə baş həkim arasında qalmaqal yaşanır, K.Abbasova Xocalıda baş kəsən ermənilərə bənzədilir. Səs yazısının stenqoramını yazmağa zərurət yoxdur, nazir S.Babayev və yaxud müavinlərindən biri 15 dəqiqə vaxt ayırarsa, nə baş verdiyini anlayacaq. Mətbuat Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində hökm sürən qanunsuz olaylarla bağlı dəfələrlə yazıb. Amma jurnalistlər qərəzli olmaqda ittiham edilib. Bu səs yazısı isə real faktdır ki, mətbuatın K.Abbasovanın fəaliyyətinə dair tənqidlərdə qərəzli olmadığını göstərir. 57 yaşlı Vidadi Paşayein iddiasına əsasən baş həkim Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi tərəfindən Regional Mərkəzin əsaslı təmiri üçün 173 000 manatın ayrılmasına baxmayaraq tərəfindən təmirə vur-tut 10 000 manat vəsait xərclənib. İddiaçı bununla yanaşı bildirib ki, məhz Könül Abbbasovanın Mərkəzə rəhbər təyin edildiyi vaxtdan etibarən qurumda əmək normativlərinin kobud pozulması, tamah məqsədilə işçilərin əmək haqqlarından qanunsuz tutulmaları baş verib. Habelə “bayram pulları”nın baş həkim tərəfindən mənimsənilməsi və o cümlədən reabilitasiya məqsədləri üçün bura üz tutan əlillərdən pul tələb edilməsi adı hala çevrilib. Məsələdə diqqət çəkən digər məsələ isə, Baş həkim tərəfindən ölkə mətbuatının ünvanına xoşagəlməz ifadələr işlədilməsidir. Baş həkimin eləcə də mətbuatı gücsüz adlandıraraq:“Mətbuat bu günədək kimə nə edib ki” ifadəsi isə, onun məhdud dünyagörüşlü olmasını qabarıq şəkildə sübuta yetirir. K.Abbasova deyəsən unudub ki, prezident jurnalistləri onun köməkçisi adlandırıb. Dogruxeber.az isə yazıb ki, Baş həkimlə görüşümüz zamanı katibə otağında masanın üstündə adlar yazılmış siyahıya rast gəldik. Bu siyahıda yer almış adların qarşısında bəzilərində plyus (+), bəzilərində isə minus (-) işarələrini gördük. Həmin siyahının nə olduğunu soruşduqda, bizə bildirildi ki, bu siyahı “Bayram pulları ” nın baş həkim Könül Abbasovaya verilməsi ilə bağlı olan bir siyahıdır. Kimlər ki, Bayram pullarını baş həkimə verib qarşısında (+) işarəsi, bayram pullarını verməyənlərin isə adının qarşısında isə (-) işarəsi vardır deyə söylənildi. Bu rüşvətxorluq rəzilliyin səbəbini baş həkimdən görüşümüz zamanı soruşduqda, Könül Abbasova özünəməxsus yüksək səs tembrilə bizə bildirdi ki, “Bəli bu doğrudur. Bayram pulları mənə çatır. Çünki, işçilərin dədələrinə borcum yoxdur ki, mərkəzdə onlar üçün bu şəraiti yaratmışam”. Könül Abbasova bu sözündən sonra bizə acıqlı formada bildirdi ki, “Gedin hara istəyirsiz verin. Məni bu vəzifəyə layiq bilib baş həkim təyin ediblərsə, məndə yaxşı bilirəm ki, necə etmək lazımdır”. Daha sonra Könül Abbasova, şikayətçi olan 6 nəfəri işdən çıxaracağını bildirdi. Belə ki, haqqının tələbinə qalxan Vidadi Paşayevi artıq Könül Abbasova işdən azad etdi. Indi növbə digər 5 nəfərdən birinindir.Şikayətçilərdən söz düşmüşkən bunu da nəzərinizə çatdırmaq istəyirik ki, Könül Abbasovadan şikayətçi olan işçilərin içərisində, baş həkimin əlindən cana gəldiyini odlu alovlu çıxışıyla bizim həmkarımıza müsahibəsində bildirən şikayətçi, bir neçə gün sonra digər sayta müsahibəsində, guya baş həkimə qarşı səhv etdiyini, bir neçə şəxsin təsiri altına düşərək Könül Abbasovadan şikayətçi olduğunu bildirmişdi.
FİA.Az xəbər verir ki, audioyazıda baş həkim Mərkəzdə “qiyamət sorğusu” təşkil edərək kollektiv şəkildə şikayətçi Vidadi Paşayevi işdən azad etməklə yanaşı onu mətbuata və bir qrup media nümayəndələrinə “satılmış” şəxs adlandırır.