“AZƏRBAYCANA qarşı olan QÜVVƏLƏR SOSİAL şəbəkələrdə aktivdirlər”
“Azərbaycanda 3 milyona qədər insan sosial şəbəkərdən istifadə edir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycana qarşı olan qüvvələr sosial şəbəkələrdə aktivdirlər”. AzerTaym.az-ın məlumatına görə, bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “Media: Dini radikalizmlə mübarizə” adlı konfransda çıxışı zamanı deyib. “Kənardan Azərbaycanın daxili siyasətinə müdaxilə etmək mümkün deyil”,- Ə. Amaşov bildirib. O deyib ki, TANAP layihəsinin həyata keçirilməsindən sonra Gəncə hadisələrinin baş verməsi düşünməyə vadar edir:
“Baş verən hadisələrlə İslam dininin əlaqəsi yoxdur, ayrı-ayrı qruplar din pərdəsi altında gizlənərək, öz məkrli niyyətlərini həyata keçirməyə çalışır. Azərbaycan mediası bunu görür, mediada çalışanlar isə Azərbaycanın gələcəyindən narahat olan insanlar kimi öz işlərini icra edirlər”.