“İrandan Azərbaycana siyasi şiəlik gəlir” – AQİL ABBAS

Картинки по запросу aqil abbas

Belə hadisələr baş verəndə ilk növbədə dövlət öz kanalları vasitəsilə məlumatları paylaşmalıdır”.

"AzerTaym.az" Yenicag.az-a istinadən xəbər verir ki, bu fikirləri Mətbuat Şurası İdarə Heyətinin geniştərkibli iclasındakı çıxışında millət vəkili Aqil Abbas deyib.

Aqil Abbasın fikrincə, ölkə mediasının bir hisssəsi xarici dövlətlərin nəzarətindədir:

Azərbaycanda hər şeyi atdılar şiəliyin üstünə. Şiə adam öldürəndi? Şiənin biri mənəm, heç indiyə qədər toyuq başı kəsməmişəm. Boş söhbətdir. Bu, oyunlar idi. Mən televiziyadakı çıxışımda da dedim ki, İran və Rusiya bunu təkzib etməli idi ki, şübhələnməyək.

Azərbaycana bu saat ən çox din haradan gəlir? Səmimi deyək, Səudiyyə Ərəbistanından gəlir, bir də Türkiyədən. Gop eləməyək də… İrandan isə siyasi şiəlik gəlir.

Ancaq o tərəflərdən gələn bu boyda olur… Amma qarşısını alan yoxdur. Adı nə olur-olsun, təxribatçılar, nə zibillər… Meydan sulayırlar. Bu gün qəzetlər də onların əlindədir, saytlar da…
Təbii ki, İran İslam Respublikasının əlində saytlar da var, başqa nələr də… Amma onlar digərlərinin qabağında zəifdirlər. O tərəfdən gələnlər daha ağıllıdırlar. Ad çəkərəm, çəkmirəm.

Burda ən çox yük medianın üstünə düşür. Media məsələləri belə də çevirə bilər, elə də. Belə hadisələr baş verəndə ilk növbədə dövlət öz kanalları vasitəsilə məlumatları paylaşmalıdır, özünün saytları var və sair.

Çox ciddi dönəmdəyik.Təxribata əl atdılar. Yaxın keçmişdə İsmayıllıda, Qubada təxribatçılar az qala terrora əl atacaqdılar. Bu günlərdə də Gəncədə baş verən hadisələr onu göstərdi ki, dövlətimizin hüquq-mühafizə orqanları daha bir təxribatın qarşısını aldı. Sonra da hay çıxardılar ki, bəs, Sumqayıtda da təxribata hazırlaşırlar. Bunun hamısı bir ssenaridir. Orada da nəsə eləmək istəyirdilər, edə bilmədilər”.






Fikirlər