“AZYAŞLILAR MƏKTƏBƏ GEDƏ BİLMİR QOCA, xəstə insanlar əziyyət çəkirlər” – FOTO
Ucar rayonunun Qazyan kəndinin Zərbəçi və Bilağani deyilən yaşayış ərazisinin sakinləri yolsuzluqdan və susuzluqdan şikayətçidirlər. Kənd sakinləri bildirirlər ki, yaşadıqları Zərbəçi və Bilağani deyilən yaşayış ərazisinin nə yolu, nədə ki, istifadə etməyə içməli suları var. Azyaşlılar məktəbə gedə bilmir, qoca, xəstə insanlar əziyyət çəkirlər PressClub.Az-a müraciət edən sakinlər bildiriblər ki, 95 ailənin, 300 nəfərdən çox insan yayın istisində susuzluqdan əziyyət çəkirlər: “Zərbəçi və Bilağani deyilən yaşayış ərazinin yolunun ümumi uzunluğu 3 kilometrdi. Axırıncı dəfə həmin yol sovetlər dönəmində 1987-ci il tarixdə təmir edilib. Hazırda həmin yol tamamilə dağılıb yararsız vəziyyətə düşüb. Azyaşlılar məktəbə gedə bilmir, qoca, xəstə insanlar əziyyət çəkirlər. Hazırda Ucar rayonunun Qazyan kənd ərazisində bir neçə yaşayış massivinin yolunun təmiri başlayıb. Biz istəyirik ki, Qazyan kəndinin Zərbəçi və Bilağanı deyilən yaşayış ərazisinində yolu təmir edilsin”. Bələdiyyə və icra nümayəndəliyi qulaqardına vurur Sakinlər müraciətlərində həmçinin bildirib lər ki, Qazyan kəndinin Zərbəçi və Bilağanı yaşayış ərazisinə içməli və əkin suyu verilmir: “Buna görə təsərrüfatımız məhv olub, insanlar içməli suya həsrət qalıblar. Bu barədə Ucar rayon Suvarma Sistemləri İdarəsinə etdiyimiz şikayət yerində araşdırılsa da heç bir tədbir görmədilər. Baxmayaraq ki, əkinimizi sulamaq üçün böyük bir çay bizim yaşadığımız ərazinin yaxınlığndan keçir, artezan su boruları bizim yaşadığılmız əraziyə qədər çəkilmişdir. Yəni Qazyan kəndinin Zərbəçi və Bilağanı yaşayış ərazisində içməli suyun və əkin suyunun tətbiq edilməsi, çəkilməsi böyük xərc tələb etmir. Sadəcə olaraq, məsul vəzifəli şəxslər bu işləri görmək istəmirlər. Qazyan bələdiyyəsi nə də ki, kənd icra nümayəndəliyi bu ciddi problemlərimizin aradan qaldırılması üçün heç bir tədbir görmək istəmirlər. Müvafiq aidiyatı orqanların qarşısında məsələ qaldımaq istəmirlər”. Sakinlər prezidentdən kömək diləyirlər: “İnsanların məskunlaşdığı hər bir yaşayış yerinə ilk olaraq yol və su çəkilməlidir. Bunlar olmayanda həmin yeri yaşayış ərazisi adlandırmaq çətindir. Hansı ki, bunların hər ikisi biz 95 ailənin yaşadığı Ucar rayonunun Qazyan kəndində yerləşən Zərbəçi və Bilağanı ərazisində yoxdur. Ağaclarımız, əkinlərimiz tamamilə quruyub məhv oub. Bizim yaşayışımızı gəlib gözləri ilə görənlər dəhşətə gəlirlər. Müasir dövürdə belə yaşayış massivinin olması biabırçılıq və qəbul edilməzdir. Bütün bu çətinliklərə baxmayaraq biz bu müraciətimizi cənab prezident İlham Əliyevə nikbin ruhda edirik. Çünki prezidentimizə inanırıq. Ona görə ki, Azərbaycan Respublikasının vətəndaşlarının problemlərini yerində dərhal həll etməklə onların qayğısına qalır.
Hörmətli Prezident! Sizdən xahiş edirik şikayət ərizəmizi bizim iştirakımızla yerində araşdırılıb qanunu tədbirlər görülməsi üçün Ucar rayonunun Qazyan kəndində nümayəndələrinizi göndərəsiniz ki, yazdıqlarımızı gəlib gözləri ilə görüb təcili tədbirlər görsünlər. Yolunuzu səbirsizliklə və böyük ümüdlərlə gözləyirik”.
Müraciəti Qazyan kəndinin 78 sakini imzası ilə ünvanlayıb.