Bakıda avtobus və metroda gediş HAQQI ARTIRILACAQ? – Rəsmi AÇIQLAMA

Bakıda avtobus və metroda gediş haqqı artacaq? – Rəsmi açıqlama

"Müntəzəm marşrut xətləri üzrə avtobuslarının gediş haqqının artırılması məsələsi Bakı Nəqliyyat Agentliyində müzakirə edilmir".

Bunu bizimyol.info-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.

O, bildirib ki, gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət olunmayıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov isə metroda gedişhaqqı ilə bağlı məsələnin müzakirə mövzusu olmadığını bildirdi.

Qeyd edək ki, iyulun 27-dən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı 10 faiz artırılacaqdır

 






Fikirlər