Urmiyada 1 nəfər dara çəkildi – SƏBƏB

İranda narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə iranlı hüquq müdafiəçiləri məlumat yayıb.

Məlumata görə, barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə iki gün əvvəl təkadamlıq kameraya köçürülən müttəhim Cahangir Nocəvan iyulun 29-da sübh saatlarında həbsxananın həyətində dara çəkilib. O, 5 kiloqram həcmində narkotik maddə qaçaqmalçılığında təqsirli bilinib.

Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada birinci yeri tutur.






Fikirlər