SƏLİM MÜSLÜMOVUN qaynı da işdən çıxarıldı, nazir müavinin qardaşına isə yüksək vəzifə verildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumda diqqətçəkən daha iki dəyişiklik aparıb.

AzerTaym.az-a verilən məlumata görə, Sahil Babayev bir neçə gün əvvəl Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasayevi vəzifəsindən azad edib. Artıq Ağalar Xasayevin yerinə təyinat da olub.
Qeyd edək ki, Ağalar Xasayev sabiq nazir Səlim Müslümovun həyat yoldaşının qardaşıdır.
Məlumata görə, nazirin DSMF-dəki ən diqqətçəkən dəyişikliyi isə bir müddət əvvəl olub. Belə ki, fondun direktor müavini Sərdar Xıdırov vəzifəsindən azad edilərək, onun yerinə vaxtı ilə DSMF-nin Səbail , daha sonra isə Qaradağ rayon şöbəsində müdir vəzifəsini tutmuş Cavid Abdullayev gətirlib.  
Xatırladaq ki, Cavid Abdullayev bu yaxınlarda iqtisadiyyat nazirinin müavini təyin edilən Şirzad Abdullayevin qardaşıdır...
Adıçəkilən fondda ən böyük dəyişikliyin isə bu ilin dekabr ayında olacağı gözlənilir. İddia olunur ki, həmin vaxtı fondun hazırkı direktoru Zakir Babayevlə bağlanan müqavilə başa çatacaq və bu səbəbdən DSMF-nin rəhbəri postuna yeni təyinat olacaq...

 






Fikirlər