RUS TURİSTLƏR OTEL otağını bu hala gətirdi - POLİS işə qarışdı
Antalyanın Manavat bölgəsində istirahət etdikləri otelin otağına zərər verdikləri iddia edilən iki rus turist havalimanında nəzarətə alınıb. AzerTaym.az bildirir ki, metbuat.az-ın milliyet.com-a istinadən verdiyi xəbərə görə, Rusiyadan tətilə gələn Oleq A. ilə Elena M. spirtli içki içdikdən sonra qaldıqları otelin otağına zərər veriblər. Rus turistlərin oteldən ayrılarkən otağa zərər verdikləri müəyyən olunub. Jandarma komandasının əlaqə qurduğu Antalya hava limanı polisi turistləri hava limanında nəzarətə alıblar. Polis bölməsinə aparılan turistlər çox sərxoş olduqlarını, bu səbəblə nə etdiklərini xatırlamadıqlarını bildiriblər. Razılaşmadan sonra otelə vurduqları zərəri qarşılayan rus turistlər əməliyyatlardan sonra sərbəst buraxıblıblar.