Xaləddin İsgəndərovun İKİ KADRI işdən çıxarıldı
Bakının Binəqədi rayonu, Binəqədi rayon Bələdiyyələr şurasının sədri, Binəqədi bələdiyyəsinin xanım sədri Sitarə Cabbarlı ilə müavini Sabir Həsənov işdən çıxarılıb. Qaynarinfo minval.info-ya istinadən xəbər verir ki, adları qalmaqallı hadisələrdə hallanan hər iki şəxs ötən gün vəzifədən göndərilib.
Binəqədinin keçmiş icra başçısı olan Xaləddin İsgəndərovunkadrları hesab edilən Sitarə Cabbarlı və Sabir Həsənov vəzifə üstündə tez-tez dalaşıblar.
Sitarə Cabbarlı barəsində yerli KİV-də yetərincə şikayətlər dərc edilib. Məlumata görə, hər iki şəxsin vəzifədən uzaqlaşdırılmasına səbəb onlar haqqında sakinlərin onlarla şikayət məktubu yazmasıdır.