İCRA BAŞÇISI şöbə müdirinİ İŞDƏN ÇIXARIB... -ÖZƏL!
Hər yeni başçının ənənəvi olaraq öz komandasını təşkil etmə qaydası normal qəbul olunsa da,amma kreslosunu necə deyərlər hələ isitmədən daha irəli gedərək,"ayaqüstü" qərar vermək təcrübəsini də regionlarda ənənə halına salanlar da var. Belə ki,saytımızı məlumatlandıran mənbənin verdiyi məlumata görə.artıq də bu gün, ötən həftə Ağdam rayonun icra başçısı təyin edilən Vaqif Həsənov İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşlarların müraciətləri ilə iş şöbəsinin müdiri Ramiz Talış oğlu Qədirovu vəzifəsindən azad edib. Ramiz Qədirov Ağdam rayonunda təsir imkanlarına malik məmurlardan hesab olunur. Mənbənin verdiyi digər məlumata görə Vaqif Həsənovun qarşıdakı həftədə İcra Hakimiyyəti ilə yanaşı təhsil, səhiyyə şöbələrində kadr dəyişiklikləri həyata keçirəcəyi gözlənilir. "AzerTaym.az"