XANIM DEPUTAT SƏRT DANIŞDI: "NİYƏ araşdırmırsınız, qorxursunuz?"

Xanım deputat SƏRT DANIŞDI: "Niyə araşdırmırsınız, qorxursunuz?"

Xəbər verdiyimiz kimi Deputat Elmira Axundovanın oğlu Həbib Axundov saxta dərman əməliyyatında adı hallanır.

Qeyd edək ki, mətbuatda gedən məlumata görə "Elit" apteklər şəbəkəsi deputatın ailəsinə məxsusdur.

Xanım deputat SƏRT DANIŞDI: "Niyə araşdırmırsınız, qorxursunuz?"

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Elmira Axundova niyə bu məsələdə məhz onun adının hallanmasını bilmədiyini qeyd edib:

"Oğlum apteki icarəyə verir. MTN işində 15 aptek adı hallanıb. Nəyə görə jurnalistlər digərlərini araşdırmır. Jurnalistlər utanmır, belə bir ittihamlar irəli sürürlər? Mən yaradıcı insanam. Yazı-pozu ilə məşğul oluram. Mənin restoranlarla, apteklərlə heç bir iş birliyim yoxdur. Mən də sizin kimi gedib apteklərdən dərman alıram. Jurnalistlər niyə bir xanımdan yapışıblar. Niyə araşdırmırlar ki, o biri apteklərin arxasında kim durur. Bu yazıların sifarişçisi kimdir, oğlumdan dəli kimi yapışıblar. Bədbəxt insandır. Onun da havadarları var. Pulları da çoxdur. Minlərlə obyekti var. Oturub belə bir yazılar sifariş edirlər. Bu yazıların hamsısı sifarişlidir. Çirkin yazılardır. Xanıma qarşı bu cür kampaniya aparana kişi demək olmaz. Oğlumla bir məsələn varsa məhkəmədə hər şeyi de. Məqsəd ləkələməkdir. Narahat olmasınlar mənə ləkə düşmür. Aptek saxlayıb, icarəyə vermək günah deyil. Mənə qarşı ittihamlar çox gülüncdür. Mən jurnalistlərə daim açığam. Əvvəl soruşub, yazmaq lazımdır. O biri aptekləri niyə araşdırmırsınız? Qorxursunuz?".






Fikirlər