Əsas Səhifə > Sosial > Beyləqanın TƏZƏKƏND Bələdiyyəsində
Beyləqanın TƏZƏKƏND Bələdiyyəsində15-05-2016, 18:06 |
Bələdiyyə sədri Həsən Əliyev büdcə vəsaitlərini təyinatdan kənar xərcləyir, vergilər dövlət xəzinəsinə ödənilmir, torpaqlar isə müqaviləsiz icarəyə verilir Beyləqan rayonunun bəzi kənd bələdiyyələrində bir sıra qanunsuzluqlar baş verir. Rayonun Təzəkənd kənd Bələdiyyəsində yaşananlar isə daha unikaldır. Belə ki, bələdiyyə sədri Həsən Əliyev hələ sovet dövründən qalmış 114 hektar kənd torpağını 91 hektara qədər azaldaraq, xəritədən silib. Yerdə qanal hissəni isə öz qohumları arasında bölüşdürüb. Məlumatda vurğulanır ki, Həsən Əliyev dəfələrlə bələdiyyə sədri olduğundan tutduğu postu toxunulmaz hesab edir. Elə bu səbəbdəndir ki, istədiyi kimi davranaraq, qanunsuzluqlara imza atır. Jam.az-a verilən məlumata görə, Təzəkənd kənd Bələdiyyəsi tərəfindən son dövrlər maliyyə israfçılığına yol verilib. Bundan əlavə isə bələdiyyə sədri pul qarşılığında ayrı-ayrı kənd sakinlərinə torpaq sahələri satıb. Hətta onların sənədlərinin doğru olmadığı bildirilir. Amma Həsən Əliyevin işləri bununla da bitmir. Maraqlıdır ki, Təzəkənd kənd bələdiyyəsinin sədri balanslarında olan torpaqları heç bir müqavilə bağlamadan icarəyə verir. Nəticədə, icarə haqqı olaraq yığılan pullar büdcəyə deyil, ciblərə axır. Buna misal olaraq mənbələr JAM.AZ-a bildiriblər ki, hal hazırda Bələdiyyə torpağına aid olan 4 hektar ərazi qarşı tərəflə müqavilə bağlanılmadan icarəyə verilib. Və ya bir başqa məlumatda vurğulanır ki, Həsən Əliyev kənd ərazisinə yaxın yerdə yerləşən N saylı hərbi hissənin yaxınlığındakı bələdiyyə torpağını məcburi köçkün ailəsinə müqaviləsiz icarəyə verib. Qeyd edək ki, bütün bunlar edilən qanunsuzluqların kiçik bir hissəsidir. Yaxın günlərdə Təzəkənd Bələdiyyəsində baş verən digər hallarla da bağlı geniş məlumat verəcəyik. jam.az Geri qayıt |