Əsas Səhifə > Sosial, Slayd > RƏSUL QULİYEV MÜSAVATLA DANIŞIQ APARIB -
RƏSUL QULİYEV MÜSAVATLA DANIŞIQ APARIB -19-09-2016, 19:31 |
Milli Şuranın 11 sentyabr mitinqini yüksək qiymətləndirərək, növbəti mitinqlərə daha çox adamın qatılmasının zəruriliyi ilə bağlı çağırış edən eks-spiker Rəsul Quliyev, cəmi 3 gündən sonra mövqeyini kəskin dəyişib. Eks-spiker Milli Şura və Müsavatın mitinqlərinə həsr etdiyi dünənki “Mitinqlərin sonu” başlıqlı Facebook statusunda yazır: “Hələ də özlərini müxalifət hesab edən 2 partiya – AXCP və Müsavat bu mitinqlərlə biRƏSUL z də varıq (AXCP bir qədər çox) arzularını həyata keçirə bilmədilər. Nəticədə hakimiyyət xalq üzərində, AXCP isə Müsavat üzərində böyük üstünlüklə qələbə çaldı. Növbəti xaotik mübarizə əhvalı yaranana qədər Xalq Cəbhəsi bu mitinqlərlə hakimiyyəti necə təşvişə saldığından danışacaq, Müsavat isə “onun məqsədi kütləvilik deyildi, sadəcə hökumətə mesaj göndərmək idi”, yazacaq. Hakimiyyətdən zəhləsi gedən, özlərini müxalifət adlandıranlara zərrə qədər inanmayan məzlum Azərbaycan xalqı ”Allah bu zülmü yerdə qoymaz” ümidi ilə yaşamağını davam etdirəcək, imkan tapanlar isə xarici ölkələrə üz tutacaqlar”. Bu statusdan cəmi 3 gün əvvəl – sentyabrın 15-də isə Milli Şuranın 11 sentyabr mitinqinə həsr etdiyi Facebook statusunda R.Quliyev yazırdı: “Hörmətli oxucular! Göründüyü kimi, 11 sentyabr mitinqinin nisbətən uğurlu alınmasından ruhlanan eks-spiker, məsafədən olsa da, özü də aksiyaların təşkilatçıları sırasına qoşularaq, xalqa çağırış edir, lakin növbəti mitinq uğursuz alınınca dərhal məsuliyyəti özündən uzaqlaşdıraraq, Milli Şura və Müsavat rəhbərliyini qamçılamaq yolunu tutur. R.Quliyev xüsusən də kütləvi aksiyalarla bağlı hər zaman belə ziddiyyətli mövqe tutub – uğur olanda dərhal sahiblənib, uğursuzluq olanda isə günahlandırmaq üçün ünvan axtarıb.
Bundan sonra R.Quliyev həmişəki kimi, okeanın o tayından burdakı müxalifətçiləri və xalqı qorxaqlıqda ittiham etməyə başlayıb. Milli Şuranın güclü yağışa görə demək olar ki, baş tutmayan 17 sentyabr mitinqi barəsində R.Quliyev yazıb: “Mitinqə gələnlərin sayı verdiyim proqnozdan belə 3 dəfə az oldu. Buna dərindən təəssüf edirəm. İnsanlar yağışdan qorxub azad olmaqdan imtina etdilər və mitinqə getmədilər arqumenti faciəli səviyyədə gülüncdür. İnsanlar getməmək üçün sadəcə səbəb axtarırmış, daha doğrudur. MŞ ölkədəki vəziyyəti analiz edə bilmir demək kompliment olardı. Onlarda elementar məntiq çatışmır və ya yoxdur, daha düzgün qiymətdir. MŞ adlanan (yeganə Xalq Cəbhəsi Partiyası üzvü olan) süni qurum, əgər bu millətə xeyir vermək istəyirsə, heç olmasa müvəqqəti siyasətlə məşğul olmamalıdır”. Rasim ƏLİYEV Geri qayıt |