Əsas Səhifə > Sosial > “AKULA” AĞALAROVUN ADAMINI “UDUB” ÇOVDAROVA ÖTÜRDÜ –
“AKULA” AĞALAROVUN ADAMINI “UDUB” ÇOVDAROVA ÖTÜRDÜ –15-10-2016, 09:41 |
Xəbər verdiyimiz kimi MTN generalı Akif Çovdarovun barəsində aparılmış istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıb. Çovdarovun cinayət işi vəkillərinin də təsdiq etdiyi kimi çox qalındır, orada çoxsaylı epizodlar yer alır. Bu epidozlarla tanış olduqca Mahmudov-Çovdarov qruplaşması sanki “Əlibaba və qırx quldur” nağılındakı kimi taladıqları qızılları, dollarları və avroları mağaralarına daşıyıb yığan quldurları xatırladır. Virtualaz.org qanqster-generalın cinayət işi üzrə istintaq materiallarından sensasion epizodları oxuculara təqdim edir. Bunlardan biri də “Real MTK” mənzil-tikinti kooperativinin təsisçisi İlham Qasımovun və şəriklərinin (İlham Qasımov özü də iri məbləğdə dələduzluqda ittiham olunur, hazırda məhkəməsi gedir-red) Akif Çovdarov-Eldar Mahmudov ikilisi tərəfindən necə soyulması barədədir. Həmin epizodda Çovdarovun adamlarının MTN-in darmadağın edilməsinə günlər qalmış İlham Qasımovun bacısı oğlunun “Sofiya” şadlıq sarayında keçirilən toy mərasiminə necə basqın etməsindən, Qasımovun toya Moskvadan qonaq gəlmiş dostu Tofiq İbrahimovun sürücüsünün və avtomobilin, habelə Namiq Orucov adlı şərikinin necə MTN-ə aparılmasından bəhs olunurdu. Onlar birlikdə Çovdarova 400 min dollardan çox pul verib canlarını qurtarıblar. Orucov Namiq Xudakərim oğlu-keçmiş polis mayoru, “Akula”nın dostu Belə məlum olur ki, “Real” MTK-nın şəriki olan Namiq Orucov polis mənşəlidir, 1989-cu ildən polis orqanlarında sıravi əməkdaş kimi xidmətə başlayıb. 2003-cü ildə mayor rütbəsində istefaya çıxıb. Sonuncu iş yeri Binəqədi polisində narkotiklərə qarşı mübarizə şöbəsinin rəisi vəzifəsi olub. 2005-ci ildən biznesə girib, özünün dediyi kimi Dubayda “Renta Car” adlı şirkəti , Bakıda obyekti var. “Real” MTK-nın şərikidir. Eldar Mahmudov “kilkə”ni necə “akula”ya çevirdi… N.Orucovun nəql etdiklərindən belə məlum olur ki, onun və Tofiq İbrahimovun“Akula Akif” kimi tanınan Akif Mustafayevlə əvvəllərdən dostluq münasibətləri olub. Özü də Akif əvvəllər akula-filan deyilmiş, uzaqbaşı “kilkəymiş”, olduqca kasıb yaşayan biriymiş, yəni cındırından akulalar özü hürkərmiş. Bacıoğlunun toyu-çağrılmış və çağırılmamış qonaqlar Beləliklə, Tofiq İbrahimov 2015-ci il sentyabrın 10-da (Mahmudovun işdən çıxarılmasına cəmi bir aya yaxın qalmış) Moskvadan Bakıya gəlir. Niyə gəlir, toy dəvəti alıb Bakıya təşrf buyurur, yoxsa başqa səbəbləri də olur, bu haqda təfərrüatlar məlum deyil. Ancaq o məlumdur ki, sentyabrın 14-də Bakıdakı “Sofiya” şadlıq sarayında İlham Qasımovun bacısı oğlu Kənanın toyu idi. Həmin gün N.Orucov T.İbrahimovun 99 XE 999 dövlət nömrə nişanlı “Mercedes Galendewagen” markalı avtomobilində onunla birlikdə toya gedib. Saat 22.10 radələrində dostlarla birlikdə şadlıq evinin həyətinə hava almağa çıxır. Elə bu an çoxlu sayda silahlı MTN qara maskalıları onlara basqın edir, qara maskalıların hücumun görən keçmiş polis işçisi qorxusundan şadlıq evinin içərisinə, foyeyə qaçır ki, bəlkə gizlənə bildi. Lakin qara maskalılar onu foyedə yaxalayıb, yerə yıxıb qollarını burub və döyə-döyə ağ rəngli maşına mindirərək MTN-ə aparıblar. “Səniydin əə, biz telefonda söyən?” Qara maskalıların bir hissəsi isə Tofiq İbrahimovun maşınında gözləyən sürücüsü Gülağanı qaranlıqda Tofiq zənn edib onu da maşınla birlikdə MTN-ə aparıblar. MTN-in komendaturasının dəhlizində onu və qollarına qandal vurulmuş Gülağanı səhərə qədər saxlayıblar. “Akula” Çovdarovun işçisinə diaqnoz qoyur: “Şərəfsiz, cındır…” Belə məlum olur ki, Vüqarın barəsində həmin diaqnozu qoyan əslində “Akula” olub. Çünki Qasımovun şəriki Nurlanın narkotik ittihamı ilə saxlanıldığını eşidəndə “Akula”ya zəng vurub. “Akula” isə deyib ki, Vüqar cındırın, şərəfsizin biridir, pul almasa “uşağı” buraxan deyil. “Bu ki Tofiq deyil!” Bu məqamda haşiyə çıxaraq qeyd edək ki, Tofiq İbrahimovun sürücüsünün onun əvəzinə səhvən tutulması MTN-də məlum olur. Gülağanın ifadəsinə əsasən onun başına keçirdikləri torbanı çıxaranda içəridəkilərdən kimsə qara maskalılara qəzəblənir, qışqırır, əlini masaya vurub deyir: “Bu Tofiq deyil, səhv gətirmisiniz”. Buna baxmayaraq sürücünü buraxmayıblar, səhərə qədər saxlayıblar və Namiq Orucovla birlikdə yenidən başlarına torba salaraq səhər Çovdarovun otağına aparıblar. Çovdarov yumruq zərbəsi endirib dedi: “Aparın bu koakin alverçilərini!” Namiq Orucov nəql edir ki, Çovdarov onu görən kimi bağırdı, söyüş söydü və sağ tərəf qabırğasının üstündən yumruq zərbəsi endirib dedi: “Aparın bunları salın içəri, kokain alverçiləridir, bunların hamısını içəri salacam”. MTN-də Orucova hətta qalıq da qaytarıblar, saatını isə əkişdiriblər N.Orucov deyir ki, toya gedəndə cibində 8200 dollar var idi. MTN əməkdaşları onu tutanda həmin pulu da alıblar və qolundakı bahalı saatı çıxarıblar. Keçmiş polis işçisini MTN-dən buraxanda Vüqar-Çovdarovun işçisi pulun 5200 dollarını qaytarır, 3 minini özünə götürür. Saatı da vermir. Tofiqlə “Akula”nın görüşü, “Narşərab”da… Tofiq danışır ki, MTN qara maskalılarının şadlıq evinə basqınından sonra həmin gecə “Narşərab” restoranında “Akula” ilə görüşüb, ondan kömək istəyib. “Akula” elə onun yanındaca Çovdarova zəng vurub, deyib: “Akif, nə lazımsa edək, amma Tofiq ora (MTN) gəlməsin, mənim dostumdu”. “Akula”nın yeri bilindi N.Orucovun bildirdiyinə görə, hadisədən təxminən bir ay sonra-Mahmudovun işdən çıxarılmasını eşidən kimi “Akula” Azərbaycandan qaçıb. Orucov bu ifadəni istintaqa 2015-ci il noyabrın 1-də verib. Bildirib ki, dünən-oktyabrın 31-də “Akula” onun zərərçəkmiş kimi prokurorluğa çağırıldığını haradansa eşidərək ona zəng vurub. İspaniyanın Barselona şəhərində olduğunu deyib. Özü bildirib ki, Barselonada evi var. “Akula” Namiq Orucovdan xahiş edib ki, prokurorluqda onun adını “bu məsələlərdə” hallandırmasın. Çovdarov vurub, qabırğası çat verib Namiq həmçinin deyib ki, Çovdarovun ona endirdiyi yumruq zərbəsinin yeri hələ də (zərbənin üstündən ay yarım keçmiş) ağrıyır. Ona görə də narahat olub, sentyabrın 15-də İstanbula uçaraq “Life” klinikasında zərbənin yerini müayinə etdirib. Həkimlər deyiblər ki, onun sağ qabırğa nahiyəsində xırda çatlar var, aktiv hərəkət etməsə bir-iki aya keçib gedər. Və müayinənin nəticəsini də istintaqa təqdim edir… Kokain alverçisi “Proqram Namiq?” Virtualaz.org qeyd edir ki, istintaq “Sofiya” şadlıq sarayına basqın etmiş MTN-çilərdən şahid qismində F.Hüseynovun da ifadəsini alıb. Həmin əməkdaş ifadəsində deyib ki, əməliyyata Çovdarovun əmri ilə gedib. Və onlarda olan əməliyyat məlumatlarına əsasən Namiq Orucov özü də kokain istifadəçisi olmaqla bərabər imkanlı şəxslərə kokainli kef məclisləri təşkil edirmiş. Və MTN-çilər Ağanı izləyərək onu “Sofiya” şadlıq sarayının qarşısında Gülağa ilə birlikdə tutublar. Qalan MTN-çilər isə foyedə Namiqi yaxalayıblar. Lakin nə işdisə cinayətin dəlilini-“külli miqdarda” kokaini ələ keçirə bilməyiblər. “Qarışıqlıqdan istifadə edən” Ağa kokain bağlamasını harasa tullayıb…
Geri qayıt |